Pol Pot | |
---|---|
khm. ប៉ុល ពត | |
Kamboca baş naziri | |
25 oktyabr 1976 – 7 yanvar 1979 | |
Əvvəlki | Nuon Chea (müvəqqəti) |
Sonrakı | Pen Sovan |
Kamboca Kommunist Partiyası Mərkəz Komitənin Baş katibi | |
22 fevral 1963 – 6 dekabr 1981 | |
Əvvəlki | Toy Samouth |
Sonrakı | Partiya ləğv edildi |
Şəxsi məlumatlar | |
Doğum adı | សាឡុត ស |
Doğum tarixi | 19 may 1925[1][2][…] və ya 19 may 1928[2][3][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 15 aprel 1998[4][5][…] |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | Kamboca Kommunist Partiyası |
Fəaliyyəti | siyasətçi, zabit |
Dini | ateizm |
Hərbi xidmət | |
Döyüşlər |
Kamboca Vətəndaş Müharibəsi Kamboca-Vietnam Müharibəsi |
Rütbəsi | general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Pol Pot (khm. ប៉ុល ពត) və ya əsl adı ilə Salot Sar (khm. សាឡុត ស; 19 may 1925[1][2][…] və ya 19 may 1928[2][3][…], Prek-Sbauv[d], Fransa Hind-Çini – 15 aprel 1998[4][5][…], Anlonqvenq dairəsi[4]) — Kamboca siyasi və dövlət xadimi. Kampuçiya Kommunist Partiyasının baş katibi (1963–1979), Demokratik Kampuçiyanın baş naziri (1976–1979), "qırmızı kxmerlər"in lideri və diktator. Pol Potun hakimiyyəti dövrü kütləvi represiyalar və aclıqla müşahidə olunmuşdur.
O ölkədə aqrar sosializmin radikal formasının əsasını qoymuş və totalitar diktatura sistemini yaratmaq istəyirdi. Onun hökuməti (kxmerlər) şəhərlərin ləğv edilməsi və şəhər sakinlərinin kəndlərdə, sahələrdə məcburi işləməyə cəlb edilməsini özünün məqsədi hesab edirdi. Bu dövrdə kapitalizm dəyərləri kimi göstərilən iqtisadiyyat və maliyyə sistemləri süquta uğradı. Həmçinin, dövlət əmlakı dağıdıldı, banklarda olan valyutalar küçələrə səpilərək yandırıldı.
Bunun nəticəsində 1–3 mln arası (təxminən əhalinin 25%-i) insan həlak olmuş və öldürülmüşdür.